SelfFinance fərdi kreditorları və borcalanları birləşdirən innovativ şəxslərarası kredit platformasıdır. Platformanın əsas məqsədi ənənəvi bank sistemindən aktiv istifadə etməyən şəxsləri maliyyə bazarına cəlb edərək maliyyə inklüzivliyini artırmaqdır.
Müasir texnologiyalardan istifadə edən bu platforma, həm borc verənlər, həm də borc alanlar üçün rahat və təhlükəsiz əməliyyat mühiti yaradır. Borc verənlər stabil gəlir əldə etmək məqsədilə vəsaitlərini asanlıqla yatırmaq imkanı qazanır, borc alanlar isə kredit təşkilatları prosedurlarına nisbətən daha yüngül şərtlərlə və sadə sənədləşmələr ilə lazımi vəsaiti əldə edirlər.
Platforma əsasında istifadəçilərin birbaşa ünsiyyətini təmin etməklə onların maliyyə azadlığını gücləndirmək və maliyyə xidmətlərini daha əlçatan etmək dayanır. Platformanın əsas xüsusiyyətlərindən biri, borcun qaytarılmasını təmin etmək öhdəliyidir.
Bu, şəxslərarası borc vermə ilə bağlı risklərdən ehtiyat edən borc verənlər üçün böyük rahatlıq təmin edir. Kreditlərin qaytarılmasına zəmanət verən dayanıqlı risk idarəetmə sistemi ilə dəstəklənən platforma, həmçinin uyğun faiz dərəcələri və etibarlı ödəniş zəmanəti ilə də fərqlənir.
Platformanın hədəf auditoriyası, ənənəvi bank sistemlərindən kənarda alternativ maliyyə həlləri axtaran şəxslərdir. Bura daxildir:
Uyğun faiz dərəcələri və sərt kredit tələblərinə görə kredit təşkilatlarından kredit ala bilməyən şəxslər. Bu qrupda bütün növ müştərilər, o cümlədən muzdlu işləyən şəxslər, tələbələr, gənc mütəxəssislər, kiçik biznes sahibləri, kredit tarixçəsi olmayanlar və ya məhdud tarixçəsi olan şəxslər ola bilər.
Şəxslərarası kreditləşmədə iştirak edərək investisiya portfellərini şaxələndirməkdə maraqlı olan və ənənəvi əmanət gəlirlərinə alternativ gəlir axtaran şəxslər.
Rəqəmsal platformalardan maliyyə əməliyyatları üçün rahatlıqla istifadə edən şəxslər.
Kənd yerlərində və ya bank xidmətlərinin az inkişaf etdiyi bölgələrdə yaşayan və maliyyə institutları tərəfindən kifayət qədər xidmət görməyən insanlar.