XİDMƏT ŞƏRTLƏRİ

1. Ümumi müddəalar

SelfFinance P2P kredit platforması vasitəsilə borc verənlər və borc alanlar arasında birbaşa kredit əməliyyatlarının həyata keçirilməsini təmin edir. Bu sənəd platformanın istifadə şərtlərini və tərəflərin öhdəliklərini müəyyən edir.

2. Əsas anlayışlar

2.1. Qeydiyyat Tələbləri

  • İstifadəçilər 18 yaşdan yuxarı olmalıdır
  • Düzgün və aktual məlumatlar təqdim etməlidirlər
  • Azərbaycan Respublikasının rezidenti olmalıdırlar

2.2. Məlumatların Doğruluğu

  • Təqdim edilən bütün məlumatların dəqiqliyi istifadəçinin məsuliyyətidir
  • Yanlış məlumatların təqdim edilməsi hesabın dərhal bağlanmasına səbəb ola bilər

3. Qeydiyyatdan keçən zaman daxil ediləcək məlumatlar

SelfFinance platformasında həm borc verənlər (investorlar), həm də borc alanlar (kredit götürənlər) qeydiyyatdan keçərkən müəyyən məlumatları təqdim etməlidirlər.

3.1. Borc Alanlar üçün Məlumatlar:

  • Şəxsi məlumatlar:
    • Ad, soyad
    • Doğum tarixi
    • Şəxsiyyət vəsiqəsi və ya pasport nömrəsi
    • Ünvan və yaşayış yeri
    • Əlaqə nömrəsi və e-poçt
  • Maliyyə və iş məlumatları:
    • Gəlir mənbələri (maaş, biznes gəliri və s.)
    • İş sektoru və işləmə müddəti
    • Aylıq gəlir və xərclər
    • Digər kredit öhdəlikləri və borclar
  • Kredit tarixçəsi və bank məlumatları:
    • Mövcud kreditlər və borc ödənişləri
    • Kredit tarixçəsi (bank və kredit təşkilatları ilə əməkdaşlıq)
    • Bank hesab məlumatları
  • Zamin və ya təminat (əgər tələb olunursa):
    • Zaminin məlumatları
    • Təminat kimi qoyulan aktivlər (daşınmaz əmlak, avtomobil və s.)

3.2. Borc Verənlər (İnvestorlar) üçün Məlumatlar:

  • Şəxsi məlumatlar:
    • Ad, soyad
    • Şəxsiyyət vəsiqəsi və ya pasport nömrəsi
    • Ünvan və əlaqə məlumatları
  • Maliyyə məlumatları:
    • İnvestisiya üçün ayırmaq istədiyi məbləğ
    • Risk profili və investisiya strategiyası (aşağı risk / orta risk / yüksək risk)
    • Gəlir əldə etmə forması (aylıq ödənişlər / faizlər və ya uzunmüddətli gəlir modeli)

    `Bu məlumatlar platformada həm şəffaflığı, həm də risklərin düzgün qiymətləndirilməsini təmin edir.

4.İstifadəçi Profilinin Formalaşdırılması və Skorinq Prosesi

4.1. Borcalanın profilinin formalaşdırılması

SelfFinance platformasında borc almaq istəyən istifadəçilərin profili onların təqdim etdiyi və 3.1. bəndində göstərilən əsas məlumatlar əsasında formalaşdırılır.

Profilin tamamlanması üçün skorinq mexanizmi tətbiq edilir. Scoring mexanizmi müraciət edən şəxsin risk səviyyəsini təyin edərək borc verilmə ehtimalını və faiz dərəcəsini müəyyən edir. Prosesin mərhələləri aşağıdakı kimidir:

  • Məlumatların Toplanması və Verifikasiyası
    • İstifadəçi qeydiyyatdan keçərkən tələb olunan maliyyə və şəxsi məlumatları təqdim edir.
    • Sistem avtomatik olaraq gəlir mənbələrini, kredit tarixçəsini və digər faktorları yoxlayır.
  • Skorinq Alqoritminin Tətbiqi
  • Hər bir faktor üçün müəyyən edilmiş çəki dəyərləri nəzərə alınır:

    • Gəlir səviyyəsi (30%) – Stabil və yetərli gəliri olan istifadəçilər daha yüksək skor alır.
    • Kredit tarixçəsi (35%) – Keçmişdə borclarını vaxtında ödəmiş şəxslər daha etibarlı hesab edilir.
    • İş sektoru və staj (20%) – Dövlət işçiləri və uzunmüddətli iş təcrübəsi olanlar daha az riskli sayılır.
    • Digər borclar və maliyyə öhdəlikləri (15%) – Mövcud borc yükü çox olan şəxslər daha aşağı skor ala bilər.
  • Risk Düzəlişləri və Qərar
  • Scoring nəticəsinə əsasən istifadəçi aşağıdakı kateqoriyalardan birinə düşə bilər:

    • Yüksək etibarlı borcalan (A kateqoriya, 80-100 skor) – Aşağı faizlə borc ala bilər.
    • Orta riskli borcalan (B kateqoriya, 60-79 skor) – Orta faiz dərəcəsi tətbiq edilir./li>
    • Riskli borcalan (C kateqoriya, 40-59 skor) – Yüksək faiz və ya əlavə təminat tələb olunur.
    • Çox riskli borcalan (<40 skor) – Kredit imtina edilir.
  • Faiz Dərəcəsinin və Borc Məbləğinin Müəyyən Edilməsi
    • DTİ əmsalı 45%-dən çox olan şəxs A kateqroiyasına aid edilə bilməz.
    • Skor yüksək olduqca faiz aşağı olur və daha böyük borc götürmək imkanı artır.
    • Riskli istifadəçilər üçün faiz dərəcəsi artır və tələb olunan zamin/təminat şərtləri sərtləşdirilir

4.2.İnvestorun profilinin formalaşdırlması

İnvestorun təqdim etdiyi 3.2. bəndində qeyd edilən məlumatlar investorun risk profili, investisiya strategiyası və gözlənilən gəliri müəyyən etmək üçün istifadə olunur. Qeyd edilən məlumatlar investorlar borc təklifi və borcalanların borca olan tələbi arasında uyğunluğun müəyyən edilməsi və optimal variantın təklif edilməsinə imkan verir.

5. Kredit Şərtləri və Prosedurları

5.1. Kredit Məbləğləri və Müddətlər

  • Minimum kredit məbləği: 100 AZN
  • Maksimum kredit məbləği: 5,000 AZN
  • Kredit müddəti: 3-24 ay

5.2. Faiz Dərəcələri (FIFD)

  • A kateqoriyası: 15-25% illik
  • B kateqoriyası: 25-35% illik
  • C kateqoriyası: 35-45% illik

5.3. Ödəniş Şərtləri

  • Ödənişlər qrafikə əsasən aylıq həyata keçirilir.
  • Vaxtından əvvəl ödəniş cəriməsiz həyata keçirilə bilər

6. İnvestor Şərtləri

6.1. İnvestisiya Məhdudiyyətləri

  • Minimum investisiya məbləği: 100 AZN
  • Maksimum investisiya məbləği: 20000 AZN

6.2. Risk İdarəetməsi

  • İnvestorlar portfellərini diversifikasiya etməlidirlər
  • Platformanın risk qiymətləndirməsi tövsiyə xarakteri daşıyır

7. Problemli kreditlərin idarə edilməsi

Problemli kreditlərin həll edilməsi üçün iki mexanizm təklif edilir:

7.1. Maliyyə təşkilatlarının qarantiyası

  • Kredit məbləğinin geri qaytarılmasına təminat olaraq qarantiya mexanizminin tətbiqi nəzərdə tutulur.
  • Bu halda, borcverən təklif olunan xidmətlər arasından qarantiyanı seçə bilər.
  • Borcverən kredit məbləği həddində hər hansı bir maliyyə təşkilatı ilə qarantiya müqaviləsi bağlayır.
  • Borcverən təklif olunan xidmətlər arasından qarantiyanı seçdiyi halda kreditin gecikdirildiyi 30 gün ərzində borcalanın ödənişi etməsi təqib ediləcəkdir.
  • Bu müddət ərzində borcalana Süni İntellekt ilə nəzarət edilən sistem vasitəsilə SMS xatırlatmalar ediləcək, zənglər olunacaq, əməkdaş tərəfindən zənglər ediləcək.
  • 30 gün keçdikdən sonra kredit məbləği borcalan tərəfindən ödənilməzsə, qarant borcverənə qarantiya məbləğini ödəmək öhdəliyini daşıyır və daha sonra ödədiyi məbləğlərin əvəzinin ödənilməsini borcalandan reqres qaydasında tələb edir.

7.2. Platformanın ödənişli xidmət olaraq təklif etdiyi yığım xidməti

  • Borcverən təklif olunan xidmətlər arasından qarantiyanı seçmədiyi halda o, problemli kreditin idarə edilməsi üçün Platformanın ödənişli borc yığım xidmətindən istifadə edə bilər.
  • Bu halda borcun ödənişinin gecikdirildiyi 30 gün ərzində borcalanın ödənişi etməsi Platforma tərəfindən təqib ediləcəkdir.
  • Bu müddət ərzində borcalana Süni İntellekt ilə nəzarət edilən sistem vasitəsilə SMS xatırlatmalar ediləcək, zənglər olunacaq, əməkdaş tərəfindən zənglər ediləcək.
  • 30 gün keçdikdən sonra borc məbləği Borcalan tərəfindən ödənilməzsə ondan ödənişlərin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəkdir.

8. Komisyon Haqqları

8.1. Borc Alanlar üçün

  • Borc məbləğinin 2%-i qədər xidmət haqqı

5.2. İnvestorlar üçün

  • Ümumi investisiya məbləğinin 1%-i xidmət haqqı
  • Vaxtından əvvəl çıxış: Ümumi investisiya məbləğinin 0.5%-i
  • Qarantiya üçün komissiya qarantiya təklif edən maliyyə təşkilatı ilə ayrıca razılaşdırlır.

9. Məxfilik və Təhlükəsizlik

  • İstifadəçi məlumatları qanunvericiliyə uyğun qorunur
  • Kredit tarixçəsi məlumatları müvafiq qurumlarla paylaşılır
  • Platforma SSL şifrələmə istifadə edir

10. Mübahisələrin Həlli

  • Bütün mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll edilir
  • Həll olunmayan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll edilir

11. Dəyişikliklər və Xitam

  • Platforma şərtlərə dəyişiklik etmək hüququnu özündə saxlayır
  • Dəyişikliklər haqqında istifadəçilərə 30 gün əvvəl məlumat verilir
  • İstifadəçi hesabının ləğvi 30 gün əvvəl bildiriş verməklə həyata keçirilir