1.1 "TezFinance Tech" MMC ("Şirkət") Məxfilik Siyasətinin (bundan sonra: "Siyasət") məqsədi İstifadəçini şəxsi məlumatların Şirkət tərəfindən emalı ilə bağlı müvafiq məlumatlarla təmin etmək məqsədilə hazırlanmışdır. Siyasət Şirkət İstifadəçinin şəxsi məlumatlarını emal etdiyi bütün hallarda (məsələn, İstifadəçi xidmətlər üçün müraciət etdikdə, xidmətlərdən istifadə etdikdə, sayta daxil olduqda, Şirkət ilə əlaqə saxladıqda, saytda qeydiyyatdan keçdikdə və s.) tətbiq edilir.
1.2 Bu Siyasət Şirkətin bütün əməkdaşları və müştərilərinə şamil olunur.
2.1 Şirkət – "TezFinance Tech" MMC 27.02.2024-cü il tarixində 1806619301 N-li VÖEN ilə dövlət qeydiyyatına alınmışdır.
2.2 Şəxsi məlumatlar - birbaşa və ya dolayısı ilə bir şəxsi müəyyən etməyə imkan verən hər hansı məlumat.
2.3 Siyasət – Məxfilik Siyasəti.
2.4 İstifadəçi – Şirkətin fərdi məlumatları topladığı və sonrakı emal etdiyi fiziki şəxsdir.
2.5 Sayt – Şirkətin internet saytı.
2.6 Xidmət – Şirkət tərəfindən göstərilən istehlak krediti xidməti.
3.1 Şirkət fərdi məlumatların aşağıdakı kateqoriyalarını toplaya və emal edə bilər:
3.2 İstifadəçinin Şirkətin xidmətlərindən istifadə edib-etməmək istəyini sərbəst seçmək hüququ vardır. Lakin, İstifadəçi xidmətlər üçün müraciət edibsə və/və ya artıq istifadə edirsə, şəxsi məlumatların təmin edilməsi məcburidir. Əks halda, Şirkət xidməti təqdim edə bilməyəcək.Fərdi məlumatları Şirkətə ötürməklə İstifadəçi və ya fərdi məlumatların digər subyekti bu Siyasətdə müəyyən edilmiş qaydada onların emalına razılığını bildirir.
4.1 Şirkət şəxsi məlumatları ümumilikdə iki yolla əldə edir:
4.1.1 Birbaşa İstifadəçidən, məsələn, İstifadəçi:
4.1.2 Əsasən aşağıdakıları əhatə edən üçüncü mənbələrdən:
5.1 Şirkət fərdi məlumatları aşağıdakı məqsədlər üçün emal edir:
5.2. Şəxsi məlumatlar yalnız məlumatların toplandığı məqsədlərə, eləcə də digər icazə verilən əlaqəli məqsədlərə nail olmaq üçün zəruri olan, lakin qüvvədə olan qanun və qaydalarla nəzərdə tutulmuş müddətdən artıq olmayan müddət ərzində saxlanılacaqdır. Şəxsi məlumatların toplanması və emalı məqsədinə çatdıqda və onların saxlanmasına ehtiyac aradan qaldırıldıqda, bu məlumatlar bərpa olunmadan ləğv ediləcəkdir.
6.1 Şirkət şəxsi məlumatlarını emal etdikdə aşağıdakı qaydaları tətbiq edir:
7.1 Fərdi məlumatlar aşağıdakı alıcı kateqoriyalarına ötürülə bilər:
7.2. Əsasən, Şirkət fərdi məlumatları Azərbaycan Respublikası daxilində emal edir. Bununla belə, emal zamanı (məsələn, Şirkət müəyyən xidmətlərdən istifadə etdikdə) şəxsi məlumatlar ondan kənarda olan alıcıya ötürülə bilər. Bu halda Şirkət fərdi məlumatların Azərbaycan Respublikasının hüdudlarından kənara ötürülməsinə dair hüquqi normaların tələblərinə əməl olunmasını təmin edir.
7.3. Şirkət şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün (məsələn, onların məxfiliyini, bütövlüyünü və əlçatanlığını təmin etmək üçün) lazımi və kifayət qədər təşkilati və texniki tədbirlər görür. Bu cür tədbirlərə, məsələn, yalnız səlahiyyətli şəxslərə fərdi məlumatları emal etməyə imkan verən firewallların istifadəsi, şəxsi məlumatların ehtiyat nüsxəsinin çıxarılması, şəxsi məlumatların mühafizəsi sahəsində kadrların hazırlanması, vəzifələrin ayrılması və digər oxşar təhlükəsizlik tədbirləri daxil ola bilər.
8.1. Mövcud qanunvericiliyə uyğun olaraq İstifadəçi aşağıdakı hüquqlara malikdir:
8.2. İstifadəçi nəzərə almalıdır ki, yuxarıda göstərilən hüquqlar mütləq deyil və normativ hüquqi aktlarda bu hüquqlara məhdudiyyətlər və istisnalar nəzərdə tutulub.
8.3. İstifadəçi Siyasətin bu bəndində nəzərdə tutulmuş hüquqlarını Şirkət -yə yazılı ərizə və şəxsiyyəti təsdiq edən sənədi kağız daşıyıcıda təqdim etməklə və ya gücləndirilmiş elektron imza ilə elektron sorğu təqdim etməklə həyata keçirir
8.4. Yuxarıda göstərilən hüquqların həyata keçirilməsi üçün müraciət edən fiziki şəxsin şəxsiyyəti ilə bağlı əsaslı şübhələr yaranarsa, Şirkət onun şəxsiyyətini təsdiqləmək üçün zəruri olan əlavə məlumatların verilməsini tələb edə bilər.
9.1 İstifadəçi, xidmətlərin göstərilməsi üçün müraciət edərkən Siyasətlə tanış olduğunu və razılığını təsdiq edərək bu Siyasət və Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Şşməlumatlarının toplanmasına və sonrakı emalı üçün razılıq və icazə verir.
9.2 İstifadəçi bu Siyasətin şərtləri ilə razılaşmadıqda, saytdan və Şirkətinin xidmətlərindən istifadə etməkdən çəkinməlidir.
9.3. Razılıq, normativ hüquqi aktlarda başqa hal nəzərdə tutulmayıbsa, bu Siyasətdə müəyyən edilmiş qaydada geri çağırılana gədər güvvədədir və etibarlıdır.
10.1 Bu Siyasət təsdiqləndiyi tarixdən qüvvəyə minir.
10.2 Şirkət bu Siyasətdə birtərəfli qaydada dəyişiklik etmək hüququna malikdir. Bu Siyasətin yeni versiyası saytda yerləşdirildiyi andan (Siyasətin yeni versiyasında başqa hal nəzərdə tutulmayıbsa) qüvvəyə minir. İstifadəçi hər dəfə sayta daxil olduqda, həmçinin Siyasətin 1.1-ci bəndində göstərilən digər hallarda Siyasətdə edilən dəyişiklikləri müstəqil şəkildə izləməyə borcludur.
10.3 Şirkət istənilən mübahisəni danışıqlar yolu ilə həll etməyi üstün tutur. İstifadəçi və ya fərdi məlumatların digər subyekti emalın normativ hüquqi aktlara uyğun olmadığını düşündüyü halda, ilk növbədə Şirkət ilə əlaqə saxlaya və bu Siyasətin 8.3-cü bəndində qeyd edildiyi qaydada öz şikayətini təqdim edə bilər.